Rusiya Ukraynanın itkilərini açıqladı

Dünya

14.04.2025 18:22

14

Rusiya Ukraynada müharibənin 1146-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. 

Bildirilib ki, Ukraynada əməliyyatın başladığı gündən indiyə qədər Ukraynanın 661 təyyarəsi, 283 helikopteri, 51 562 PUA-sı, 601 zenit-raket kompleksi, 22 833 tank və digər zirehli texnikası, 1 536 reaktiv yaylım atəş sistemi, 23 602 artilleriya və minaatanı, 34 087 xüsusi hərbi avtomobil texnikası vurulub.     

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,İtkilər,Açıqlama,Todaypress.az,