Rusiya Ukraynanın raket zavodunu vurdu

Dünya

29.03.2025 13:27

2061

Rusiya ordusu Dneprdəki Cənubi Maşınqayırma Zavodunun raket istehsalı ilə bağlı emalatxanalarına zərbə endirib. 

TodayPress xəbər verir ki. bu barədə Ukraynanın Nikolayev şəhərindəki müqavimət hərəkatının koordinatoru Sergey Lebedev məlumat verib.

Lebedevin sözlərinə görə, Cənubi Maşınqayırma Zavoduna təxminən beş zərbə endirilib.   

Zavod işçilərinə 31 mart tarixinə qədər müəssisəni tərk etmək əmri verilib. 

Emalatxanalardan başqa, zərbə Dnepropetrovsk bölgəsindəki Sinelnikovo şəhərinin cənubuna da dəyib.   

Ölən və tələfatlar barəsində hələ ki, məlumat verilmir. 

Töhfə Səməd

tag: Rusiya,Ukrayna,Raket,Zavod,Vurulma,Partlayış,Tələfat,Todaypress.az,