Rusiya Ukraynaya zərbələri dayandırmadı
“Kiyev gecə saatlarında Rusiyanın ərazisindəki obyektlərə zərbələrin endirilməsini dayandırmayıb. Bu isə Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın münaqişənin dinc yolla həlli istiqamətlərindəki səyləri ilə ziddiyyət təşkil edir”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
O bildirib ki, Rusiya dövlət başçısının Ukraynanın infrastruktur obyektlərinə zərbələrin dayandırılması haqqındakı əmri dərhal yerinə yetirilib.
Peskovun sözlərinə görə, “hazırda Rusiya hakimiyyəti Kiyevin Moskva ilə Vaşinqtonun sülh yoluna yönəlmək istiqamətindəki niyyətinə uyğun davranıb-davranmayacağını diqqətlə izləyir”.
“19–20 mart tarixlərində Rusiya ilə ABŞ həm növbəti təmasların tarixini və bu prosesdə iştirak edəcək şəxslərin siyahısını razılaşdırır” deyə Kreml rəsmisi əlavə edib.
tag: Ukrayna,Rusiya,Münaqişə,Dimitri Peskov,Todaypress.az,