Rusiya və ABŞ arasında danışıqlar davam edir

Dünya

27.02.2025 17:18

685

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında səfirliklərin fəaliyyəti ilə bağlı danışıqlar artıq 6 saatdır davam edir. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Məlumata görə, görüş bağlı qapılar arxasında keçirilir və bitmə vaxtı hələ bilinmir.

Həmçinin, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu görüşün Moskva və Vaşinqton arasında etimadı gücləndirəcəyinə ümid etdiklərini bildirib. 

Kremlin sözçüsü Dmitri Peskov isə bu müzakirələrin Səudiyyə Ərəbistanında əldə edilən razılaşma əsasında aparıldığını qeyd edib.

Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı görüş keçirib. 

Nicat Osman

tag: Rusiya,ABŞ,Görüş,Münasibətlər,Todaypress.az,