Rusiya və ABŞ nümayəndələrinin görüş yeri açıqlandı
Rusiya və ABŞ arasında məsləhətləşmələrin ikinci mərhələsi Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.
Vaşinqtonla diplomatik missiyaların işi ilə bağlı danışıqlarda Rusiyadan olan nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev başçılıq edəcək.
Amerika qrupunu isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edəcək.
Qeyd edək ki, tərəflər arasında görüş aprelin 10-da keçiriləcək.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,TÜrkiyə,İStanbul,Görüş,Todaypress.az,