Rusiya və ABŞ nümayəndələrinin növbəti görüşünün yeri açıqlandı
Rusiya və ABŞ nümayəndə heyətləri bu həftə Səudiyyə Ərəbistanında görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
"Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri bu həftə Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək" məlumatda deyilir.
Eyni zamanda telekanalın həmsöhbəti danışıqlarda kimin iştirak edəcəyini söyləməkdən imtina edib.
Töhfə Səməd
tag: ABŞ,Rusiya,Ukrayna,Nümayəndə,Görüş,Todaypress.az,