Rusiya və ABŞ Suriyada artan gərginlik fonunda təmasdadır
Rusiya BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ölkəsinin Suriya məsələsi üzrə ABŞ ilə təmasda olduğunu bildirib.
TodayPress xəbər verir ki , o, bu barədə martın 10-da jurnalistlərə açıqlama verib.
Məlumata görə, Moskva və Vaşinqton martın 9-da BMT Təhlükəsizlik Şurasında təcili məsləhətləşmələrin keçirilməsini istəyib.
Hər iki tərəf Suriyada baş verən son hadisələrdən narahatdır.
Bağlı qapılar arxasında baş tutacaq iclasın 10 martda keçirilməsi planlaşdırılıb və mediaya giriş icazəsi verilməyib.
Qiymət Mahir
tag: Rusiya,ABŞ,Suriya,Gərginlik,Todaypress.az,