Rusiya və Afrika arasında iqtisadi əməkdaşlıq genişlənir

Dünya

06.02.2025 18:15

1239

Moskvada Rusiya Prezidenti müşaviri Anton Kobyakov və Afrika ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin (AFROKOM) rəhbəri İqor Morozov arasında görüş keçirilib. Tərəflər 2024-cü ildə Rusiya ilə Afrika arasındakı əməkdaşlığın nəticələrini müzakirə edib və gələcək planları müəyyənləşdiriblər. 

TodayPress xəbər verir ki, bu barədə “Roskongress” Fondunun mətbuat xidməti məlumat yayıb.

Anton Kobyakov bildirib ki, Afrika ilə münasibətlər Rusiya xarici siyasətinin ən dinamik inkişaf edən sahələrindən biridir. O qeyd edib ki, Rusiya Afrika ölkələrinə dəstək göstərir, tərəfdaşlıq qurur, rus dili və mədəniyyətini yayır. Bu məqsədlə yeni dil mərkəzləri açılır, həmçinin Rusiya Afrika ölkələrinin infrastrukturuna və iqtisadiyyatına sərmayə yatırır.

Tərəflər, həmçinin nəqliyyat-logistika sahəsində əlaqələrin gücləndirilməsi və biznes əməkdaşlığını genişləndirmə məsələlərini də müzakirə ediblər. Kobyakov vurğulayıb ki, Rusiya Afrika ilə hərtərəfli əməkdaşlığa açıqdır və bu istiqamətdə dialoqu davam etdirməyə hazırdır.

İqor Morozov bildirib ki, 2025-ci ildə də Rusiya-Afrika əməkdaşlığı davam etdiriləcək.

Qiymət Mahir

tag: Rusiya,Afrika,Əməkdaşlıq,Münasibətlər,Todaypress.az,