Rusiya və Hindistan arasında texnologiya əməkdaşlığı yaradıla bilər

Dünya

14.02.2025 20:40

1047

“Pilotsuz uçuş aparatlarının birgə inkişafı və istehsalı Rusiya-Hindistan texnologiya əməkdaşlığının bir sahəsi ola bilər”

TodayPress xəbər verir ki, bu barədə Rusiya silah ixracı agentliyindən “TASS”a bildirib.

"Pilotsuz uçuş aparatlarının birgə inkişafı və istehsalı Rusiya-Hindistan texnoloji tərəfdaşlığının sahələrindən biri ola bilər"  məlumatda bildirilib.

Vurğulanıb ki,  ixrac üçün təklif olunan Rusiya pilotsuz təyyarələrinin açıq rəqabət üstünlüyü, onların texniki inkişafının müasir hava hücumundan müdafiə sistemləri ilə mübarizə şəraitində yüksək intensivlikli  döyüşlərində real istifadə təcrübəsinə əsaslanmasıdır. 

Dron və dronlara qarşı mübarizə sahəsində Rusiyanın ixrac təkliflərinin digər güclü tərəfi texnoloji əməkdaşlığa yüksək səviyyədə açıqlıqdır.

Aynur TAC

 

tag: Aparat, Hindistan, Rusiya, Texnologiya, Pilotsuz, Dron, todaypress.az,