Rusiya və Hindistan Benqal körfəzində hərbi dəniz təlimləri keçirəcək
Martın 31-də Benqal körfəzi sularında
"Indra Navy-2025" Rusiya-Hindistan təlimlərinin dəniz hissəsi
başlayacaq.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə
Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təlimin birinci hissəsi konfrans
formatında sahildə baş tutacaq.
"Gəmi komandanları qarşılıqlı fəaliyyət məsələlərini
və dənizdə birgə hərəkətləri müzakirə edəcəklər. Hər iki ölkənin dənizçiləri
gəmilərə qarşılıqlı səfərlər və idman tədbirləri keçirəcəklər" məlumatda vurğulanıb.
Qeyd edək ki, martın 28-də Hindistan Hərbi Dəniz
Qüvvələrinin Rana esminesinin göyərtəsində Çennai limanında Rusiya-Hindistan
hərbi dəniz təliminin açılış mərasimi keçirilib.
tag: Rusiya, Benqal, Körfəz, Hindistan, Təlim, Gəmi, todaypress.az,