Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi təsdiqləndi

Dünya

16.04.2025 13:24

16

Rusiya Federasiya Şurası Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyası ilə bağlı qanunu təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Saziş yanvar ayında İran Prezidenti Məsud Pezeşkiyanın Moskvaya səfəri çərçivəsində imzalanıb. 

Sənəddə Moskva və Tehran arasında uzunmüddətli perspektivdə əməkdaşlığın inkişafı üçün hüquqi çərçivələr müəyyən edilib. 

Saziş Rusiya və İranın strateji tərəfdaş statusunu rəsmiləşdirir və müdafiə, terrorizmlə mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiyalar da daxil olmaqla bütün sahələri əhatə edir.

tag: Rusiya,İran,Tərəfdaşlıq,Saziş,Todaypress.az,