Rusiya və Şimali Koreya arasında körpü tikilir
Rusiya ilə Şimali Koreya arasında Tumen çayı üzərində avtomobil yolu körpüsünün tikintisinə başlanılıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb
Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, bu layihə iki ölkə arasında strateji tərəfdaşlığı və regionlararası əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
O, körpünün dostluq və mehriban qonşuluq münasibətlərinin rəmzi olduğunu qeyd edib.
Qeyd edək ki, yeni körpü 1959-cu ildən fəaliyyət göstərən mövcud dəmir yolu “Dostluq körpüsü”nün yaxınlığında yerləşəcək və uzunluğu 850 metr olacaq.
Türkan İsgəndərli
tag: Rusiya,Şimali Koreya,Körpü,Əməkdaşlıq,todaypress.az,