Rusiya və Sudan hərbi baza ilə bağlı razılığa gəldilər
“Sudan və Rusiya hərbi dəniz bazası razılaşması ilə bağlı hər şey haqqında anlaşıblar”.
TodayPress xəbər verir ki, bunu fevralın 12-də Sudanın Xarici İşlər naziri Əli Yusif Şərif Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqların yekununda bildirib.
“Məsələdə qarşılıqlı anlaşma əldə etmişik” deyə o qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Sudan hakimiyyəti ölkədəki vətəndaş münaqişəsinin həllində kömək üçün Rusiyaya müraciət etmişdi. Lavrov Moskvanın Sudanda vəziyyətin normallaşmasına kömək etməkdə maraqlı olduğunu vurğulamışdı.
Aysel Mətləb
tag: Sudan,Rusiya,Dünya,Moskva,todaypress.az,