Rusiya və Ukrayna Ankarada danışıqlar aparacaq

Dünya

13.04.2025 17:20

14

Rusiya və Ukrayna nümayəndələri 15-16 aprel tarixlərində Ankarada Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi mövzusunda danışıqlar aparacaqlar. 

TodayPress xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Görüş Türkiyə Hərbi Dəniz Qüvvələrinin Ankaradakı qərargahında baş tutacaq və danışıqlarda əsas müzakirə mövzusu regionda təhlükəsiz marşrutların təmin edilməsi olacaq.

Xatırladaq ki, martın 25-də Rusiya və ABŞ arasında Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi və Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracının bərpası ilə bağlı razılaşmalar əldə olunmuşdu.

Bu razılaşmalardan sonra ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunması üçün irəli sürülən şərtləri, o cümlədən Rusiyaya tətbiq olunan kənd təsərrüfatı sanksiyalarının ləğvini nəzərdən keçirir.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna,Türkiyə,Ankara,todaypress.az,