Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Moskva və Kiyev 175-ə 175-ə formuluna əsasən hərbi mübadilə aparıblar.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2025-ci il martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib" deyə bildirilib.
Rusiya da xoşməramlılıq əlaməti olaraq təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri təhvil verib.
İdarədən Rusiya Silahlı Qüvvələrinin əsirlikdən azad edilmiş hərbçilərinin Belarusda olduqlarına aydınlıq gətirilib. Onlar müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcək.
"Döyüşçülərə lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır" məlumatda deyilir.
Birləşmiş Ərəb Əmirlikləri rus döyüşçülərinin əsirlikdən qayıtması zamanı vasitəçilik səyləri göstərib.
Töhfə Səməd
tag: Moskva ,Kiyev ,Əsir,Mübadilə,todaypress.az,