Rusiya və Ukrayna əsirləri dəyişdi
Moskva və
Kiyev əsirləri "175-in 175-ə" formatında dəyişiblər.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat
yayıb.
“2025-ci il
martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyev rejiminin
nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı
Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib”, - nazirlik qeyd edib.
“Döyüşçülərə
lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə
saxlamaq imkanı yaradılır” deyə məlumatda bildirilir.
Birləşmiş Ərəb
Əmirlikləri rus döyüşçülərinin əsirlikdən qayıtması zamanı vasitəçilik səyləri
göstərib.
tag: Moskva, Ukrayna, Əsir, Müdafiə Nazirliyi, todaypress.az,