Rusiya və Ukraynanın itkiləri açıqlandı
Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun itkiləri haqda məlumat paylaşıb.
TodayPress xəbər verir ki, bu barədə hər iki ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Döyüşlərin başladığı gündən indiyə qədər Ukraynaya aid 653 təyyarə, 283 helikopter, 43 472 PUA, 594 zenit-raket kompleksi, 21 464 tank və digər zirehli texnika, 1 517 reaktiv yaylım atəş sistemi, 21 743 artilleriya və minaatan, 31 700 xüsusi hərbi avtomobil texnikası məhv edilib” deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Bundan başqa, Ukrayna Müdafiə Nazirliyi də bildirib ki, Rusiya indiyə qədər 856 660 hərbçi, 10 068 ədəd tank, 20 927 ədəd zirehli döyüş maşını, 23 174 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 379 ədəd avtomobil texnikası, 25 341 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 747 xüsusi avadanlıq itirib.
Nicat Osman
tag: Rusiya, Ukrayna, İtkilər,Münaqişə,Todaypress.az,