Rusiya Xarkov vilayətində bir ərazini nəzarətə götürdü

Dünya

17.02.2025 16:58

659

“Qərb” hərbi qrupunun bölmələri Xarkov vilayətinin Fiqolovka kəndini nəzarətə götürüb".  TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 190-dan çox hərbçini, ABŞ istehsalı olan 3 "M113" zirehli transportyorunu, 7 maşınını və Böyük Britaniya istehsalı olan 155 mm-lik "FH-70" haubitsa da daxil olmaqla 6 səhra artilleriyasını itirib, 2 sursat anbarı məhv edilib.   

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, Müharibə, Dünya, Qərb,Todaypress.az,