Rusiya Xarkova dronlarla kütləvi şəkildə hücum etdi

Dünya

03.04.2025 07:41

756

Rusiya tərəfi Xarkova pilotsuz uçuş aparatı hücumu həyata keçirib.


TodayPress  “UNİAN” a istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat verib.


“Düşmənin 14 PUA-sı şəhərin beş nöqtəsinə zərbə endirib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mənzil və nəqliyyat infrastrukturuna cüzi ziyan dəyib” Terexov qeyd edib.

 

tag: Rusiya, Dron, Hücum, Ukrayna, todaypress.az,