Rusiya XİN: Çin vətəndaşları Ukraynada döyüşmür

Dünya

12.04.2025 10:25

14

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

"Deyə bilərəm ki, bu, tamamilə yalandır" o, yayılan məlumatları təkzib edib. 

“Çin Ukraynadakı nizamlanma ilə bağlı çox düşünülmüş, balanslaşdırılmış və təsdiqlənmiş mövqe tutur və biz buna görə dostlarımıza minnətdarıq” deyə o əlavə edib. 

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi də bəyan edib ki, Pekin Ukrayna münaqişəsində iştirak etmək üçün öz hərbi personalını göndərməyib.

Ölkə hakimiyyəti vətəndaşlardan hərbi əməliyyatlara cəlb edilməməyi tələb edir.   

Qeyd edək ki, müvafiq məlumatların yayılmasının əsas səbəbi Ukrayna tərəfinin Çin vətəndaşlarının döyüşlərdə iştirakı ilə bağlı iddiaları olub.   

Töhfə Səməd

tag: Rusiya,XİN,Ukrayna,Münaqişə,Çİn,İştirak,Todaypress.az,