Rusiya XİN: "Fransa Ukrayna münaqişəsinin bitməsini istəmir"
"Fransa Ukraynanı silahlandırmaq və münaqişəni davam etdirmək üçün birbaşa Rusiyanın aktivlərini oğurlayır".
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fransızların Rusiya aktivlərinin mənimsənilməsində hərəkətləri açıq şəkildə göstərir ki, onlar Ukrayna ətrafındakı böhranın uzunmüddətli nizamlanmasında maraqlı deyillər. Həmçinin Kiyevə silah göndərməkdə davam etmək, münaqişənin davam etdirilməsi üçün şərait yaratmaq niyyətindədirlər" diplomat vurğulayıb.
Türkan İsgəndərli
tag: Fransa ,Ukrayna,Silah,Sülh,Münaqişə,todaypress.az,