Rusiya XİN: Kiyev danışıqları pozmaq üçün hər cür təxribata hazırdır

Dünya

05.04.2025 14:10

1871

“Ukrayna ABŞ və Rusiya arasında mümkün sülh danışıqlarını pozmaq məqsədilə hər cür təxribatlara hazırdır”. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik özünün “Telegram” kanalında bildirib.

“Kiyev danışıqları pozmaq üçün, ilk növbədə, öz ərazisində istənilən təxribata hazırdır” deyə Miroşnik qeyd edib. 

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti öz vətəndaşlarına qarşı zorakılıq tətbiq etməkdə heç bir əngəllə qarşılaşmır.

Diplomat bildirib ki, Kiyev rejiminin törətdiyi cinayətlərin siyahısı gündən-günə artır. 

O əlavə edib ki, Ukraynanın Rusiyaya qarşı dron hücumları Moskva ilə Vaşinqton arasında dialoqun mümkün normallaşmasına qarşı əsəbi reaksiya kimi qiymətləndirilə bilər. 

Qiymət Mahir

tag: Rusiya,XİN,Ukrayna,Danışıqlar,Təxribat,Todaypress.az,