Rusiya XİN: Krakov qərarına cavab addımları tezliklə atılacaq

Dünya

12.05.2025 12:30

18

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağlamaq qərarına sərt reaksiya verib. 

TodayPress xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə “RİA”ya açıqlamasında bildirib.

Zaxarovanın sözlərinə görə, Varşava bilə-bilə Moskva ilə münasibətləri dağıdır və bu addımlar ilk növbədə sadə vətəndaşların maraqlarına ziddir.

“Bu qeyri-adekvat qərarlara adekvat cavab veriləcək. Cavab tədbirləri çox tezliklə atılacaq” deyə Zaxarova bildirib.

Qiymət Mahir

tag: Rusiya,Rusiya XİN,Mariya Zaxarova,Polşa,Krakov,todaypress.az,