Rusiya XİN: "NATO Ukrayna münaqişəsini alovlandırır"

Dünya

09.04.2025 14:25

16

"Şimali Atlantika Alyansı Ukraynada sülhün bərqərar olmasına heç bir maraq göstərmir və Kiyevi buna sövq etmir". 

TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Onun sözlərinə görə, NATO sülh sazişi üzrə danışıqlara həvəs göstərmir.

Əksinə, münaqişənin "alovuna yanacaq qatmaq" üçün əlindən gələni edir. 

Xatırladaq ki, fevralın 2-də NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişəsində Alyansın Rusiyaya təzyiq etməli olduğunu bildirib. 

Türkan İsgəndərli

tag: Rusiya,XİN,Mariya Zaxarova,NATO,Todaypress.az,