Rusiya yeni qırıcı təyyarələr aldı

Dünya

19.04.2025 11:41

20

Rusiya Müdafiə Nazirliyi Birləşmiş Aviasiya Korporasiyası (UAC)-ndan  "Su-34" qırıcı-bombardmançı təyyarələrinin yeni partiyasını alıb.   

TodayPress xəbər verir ki, bu barədə "Rostec" məlumat yayıb.   

Məlumata görə, müəssisələr "Su-34" təyyarələrinin istehsal həcmini artırmağa davam edir. 

Təyyarələr tam sınaqlardan keçib, müxtəlif iş rejimlərində yoxlanılıb və öz aerodromlarına uğurla qayıdıblar. 

"Rostec"in baş direktorunun birinci müavini Vladimir Artyakov bildirib ki, "Su-34" Rusiya cəbhə aviasiyasının vurucu gücünün əsasını təşkil edir.   

Türkan İsgəndərli

tag: Rusiya,SU-34,Qırıcı,Təyyarə,Todaypress.az,