Rusiyada benzinin qiyməti bahalaşdı
2025-ci il aprelin 8-dən 14-dək Rusiyada benzinin orta istehlak qiymətləri 8 qəpik artaraq litri 59,55 rubla, dizel yanacağının qiyməti isə 5 qəpik artaraq 71,09 rubla çatıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidmətindən bildirilib.
"Aİ-92 markalı benzinin orta qiyməti 7 qəpik artaraq 1 litr üçün 56,36 rubl təşkil edib. Aİ-95 markalı benzinin qiyməti 10 qəpik artaraq litri 61,56 rubla, Aİ-98 markalı benzinin qiyməti isə 4 qəpik artaraq 83,98 rubla çatıb. Dizel yanacağının orta qiyməti 5 qəpik artaraq litri 71,09 rubl təşkil edib" məlumatda qeyd olunub.
Aprelin 8-dən 14-dək Rusiyanın 56 regionunda avtomobil benzininin qiyməti artıb, ən çox bahalaşma Ryazan və Arxangelsk vilayətlərində qeydə alınıb.
Aynur TAC
tag: Rusiya, Yanacaq, Qiymət, Bahalaşma, Benzin, Ryazan, todaypress.az,