Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı
Rusiyada
Moskva vilayətinin Lyubertsı şəhərinin Verxneye Myaçkovo kəndində istifadə
edilməyən dayanacaqda 30-dan çox avtomobil yanıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN)
"Telegram" kanalında məlumat yayıb.
Məlumata görə,
yanğın dayanacağın 400 kvadratmetrini əhatə edib. FHN mütəxəssisləri yanğını
söndürməyə müvəffəq olublar.
Yanğının
söndürülməsinə bölmənin 25 əməkdaşı və 5 texnika cəlb olunub. Təcili yardım
xidmətlərinə tələfat barədə məlumat daxil olmayıb.
tag: Rusiya, AVtomobil, Yanğın, Dayanacaq,