Rusiyada güclü zəlzələ baş verdi
Rusiyanın İrkutsk vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumatda deyilir ki, seysmik hadisə yanvarın 29-da səhər saatlarında qeydə alınıb.
Zəlzələnin episentri İrkutsk rayonunun Bolşoy Qoloustnoye kəndindən 36 kilometr aralıda, Baykal gölünün akvatoriyasında yerləşib.
Yeraltı təkanların maqnitudası 5,6-ya çatıb.
Zəlzələ nəticəsində xəsarət alan olmayıb və infrastruktura zərər dəyməyib.
Nicat Osman
tag: Rusiya,Zəlzələ,Kənd,Seysmik,Todaypress.az,