Rusiyada helikopter qəzaya uğradı, ekipaj öldü
Rusiyanın Leninqrad vilayətində Mi-28
helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə
Nazirliyi məlumat yayıb.
Quruma görə, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.
“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi
üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri
qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı
əraziyə düşüb. Ekipaj həlak olub” Müdafiə Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, “uçuş döyüş sursatı olmadan həyata
keçirilib”.
“Hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib. Qəza yerinə
Hava-Kosmik Qüvvələrin komissiyası yola düşüb” Rusiya Müdafiə Nazirliyi
vurğulayıb.
tag: Rusiya, Leninqrad, M-28, Helikopter, Ekipaj, Ölüm, todaypress.az,