Rusiyada illik inflyasiya artdı

Dünya

10.04.2025 03:46

17

Rusiyada illik inflyasiya aprelin 1-dən 7-nə kimi  10,24%-dən 10,28%-ə yüksəlib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyindən bildirib.

"2025-ci il aprelin 1-dən 7-dək olan həftə ərzində inflyasiya 0,16%-ə qədər azalıb. Hesabatda ərzaq məhsullarının inflyasiyası 0,14%-ə qədər səngiyib, o cümlədən meyvə-tərəvəz üzrə qiymət artım templərinin azalması meyvə-tərəvəz üzrə 0,9%-ə, digər ərzaq məhsulları üzrə isə 0,07%-ə enib" nazirlikdən bildirilib.

Qeyri-ərzaq seqmentində qiymət artım isə ötən illə eyni səviyyəsində qalıb. 

Aynur TAC

tag: Rusiya,İnfiliyasiya, Artım, İqtisadi, İnkişaf, Qİymət, todaypress.az,