Rusiyada kollecdə atışma baş verdi

Dünya

08.04.2025 17:10

14

Rusiyanın Yeni Urenqoy şəhərində yerləşən kollec tələbəsi dərs zamanı pnevmatik tapançadan atəş açıb. 

TodayPress xəbər verir ki, bu barədə RİA" məlumat yayıb.

İlkin məlumata görə, güllə interaktiv lövhəyə dəyib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar aparılır.

Töhfə Səməd

tag: Rusiya,Kollec,Atışma,Güllə,Todaypress.az,