Rusiyada minimum ərzaq səbəti bahalaşdı

Dünya

20.03.2025 10:00

2208

Rusiyada adambaşına düşən minimum ərzaq səbətinin dəyəri 2025-ci ilin əvvəlindən 1,9% bahalaşaraq 7326,3 rubla çatıb.

TodayPress xəbər verir ki, hesablamalara ət, balıq, süd məhsulları, yumurta, un, çörək, dənli bitkilər, şəkər, tərəvəz və meyvələr daxil olmaqla 33 növ məhsul daxil edilib.

Minimum ərzaq səbətinin qiyməti Moskvada 8759,1 rubl, Peterburqda 8563,2 rubl, Moskva vilayətində orta hesabla 7694,2 rubl, Leninqrad vilayətində 8331,3 rubl, Kalininqrad vilayətində 8102 rubl, Tatarıstanda 246 rubl təşkil edir.

tag: Rusiya,Ərzaq,Səbəti,Bahalaşma,Rubl,Todaypress.az,