Rusiyada miqrant övladları ilə bağlı yeni qərar

Dünya

31.03.2025 12:21

1622

Rusiyada 2025-ci ilin aprelin 1-dən rus dilini bilməyən miqrant övladlarının məktəblərə qəbulunu qadağan edən qanun qüvvəyə minəcək. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Məlumata görə, məktəbə qəbul olmaq üçün şagird rus dili biliyi ilə bağlı imtahandan uğurla keçməlidir.

Ödənişsiz olacaq testin keçirilməsi qaydası Rusiyanın Təhsil Nazirliyi tərəfindən müəyyən edilib. 

Təhsil Nazirliyinin əmrinə əsasən, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmək üçün minimum üç bal həddi müəyyən edilib. 

Onlar Rusiya ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim edilməklə əsas ümumi təhsil proqramları üzrə məktəbə qəbul ediləcəklər. 

Türkan İsgəndərli

tag: Rusiya,Miqrant,Uşaq,Qərar,Todaypress.az,