Rusiyada pilotsuz uçuş sistemləri iki dəfə artacaq
Rusiya Nəqliyyat Nazirliyinin 2025-2030-cu illər üçün fəaliyyət planı layihəsinə əsasən, 2025-ci ildə pilotsuz uçuş sistemlərinin sertifikatlaşdırılmış növlərinin sayı on ikiyə qədər artacaq.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, bu günə qədər beş növ pilotsuz uçuş sistemi sertifikatlaşdırılıb.
“Sertifikatlaşdırılmış pilotsuz uçuş sistemlərinin sayı 2025-ci ildə 12, 2026-cı ildə 14, 2027-ci ildə 17, 2028-ci ildə 20, 2029-cu ildə 23, 2030-cu ildə 26” plan layihəsində qeyd olunub.
Aynur TAC
tag: Rusiya,Nəqliyyat Nazirliyi, Pilotsuz Uçuş Sİstemi,Sertifikatlaşdırma, todaypress.az,