Rusiyada qızılın qiyməti bahalaşdı
Qızılın qiyməti qlobal və ABŞ tərəfindən tətbiq edilən rüsumlar fonunda 2025-ci ilin martında 4,1 faizlə ən yüksək gəlirliyi göstərib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" Rusiya Bankına istinadən bildirib.
"Qlobal qeyri-müəyyənlik və ABŞ tərəfindən tətbiq edilən rüsumlar fonunda qızıl ay ərzində ən yüksək gəliri 4,1% göstərib. Rublla ifadə edilmiş istiqrazların əksəriyyəti də müsbət gəlirlilik nümayiş etdirib" məlumatda qeyd olunub.
Rusiya Bankı bildirib ki, səhmlər və valyuta məzənnəsi ilə bağlı alətlər 2025-ci ilin mart ayında mənfi nəticə göstərib.
Rusiya Bankının məlumatına görə, martda orta gündəlik bazar dövriyyəsi fevral ayı ilə müqayisədə 25% azalaraq 159,2 milyard rubl (1,9 milyard dollar) təşkil edib.
Aynur TAC
tag: Qızıl, Rubl, ABŞ, Rüsum, Yüksək,Bank, todaypress.az,