Rusiyada sənaye istehsalı artdı

Dünya

26.03.2025 23:00

1177

2025-ci ilin yanvar-fevral aylarında Rusiyanın sənaye istehsalı illik müqayisədə 1,2% artıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidmətindən bildirilib.

Belə ki, 2025-ci ilin yanvar ayı ilə müqayisədə fevralda sənaye istehsalı 0,4% azalıb.

2025-ci ilin ilk iki ayında Rusiyada faydalı qazıntıların hasilatı illik müqayisədə 3,5% azalıb, emal sənayesi istehsalı isə 5% artıb.

Elektrik enerjisi, qaz və buxar təchizatı üzrə istehsal indeksi 4,8 faiz azalıb, su təchizatı, tullantı sularının təmizlənməsi və tullantıların idarə olunması sektorunda isə 0,6 faiz artım qeydə alınıb.

tag: Rusiya, Sənaye, İstehsal, İxrac, Emal, Statistika, todaypress.az,