Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

Dünya

19.02.2025 12:08

2805

Rusiyanın Krasnoyarsk şəhərindən uçan təyyarə Norilsk şəhərində qəza enişi edib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində təzyiqin azaldığını göstərən həyəcan siqnalı işə düşüb.

Bildirilib ki, təyyarədə olan 156 sərnişindən heç biri xəsarət almayıb.

Nicat Osman

tag: Rusiya,Təyyarə,Eniş,Norilsk,Todaypress.az,