Rusiyada strateji raketdaşıyan hərbi təyyarə qəzaya uğradı
Rusiyanın
İrkutsk vilayətində strateji raketdaşıyan Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.
TodayPress bu barədə Rusiya
Müdafiə Nazirliyinə istinadən bildirib.
Məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.
"SHOT"un
məlumatına görə, qəzaya uğrayan təyyarə heç bir döyüş yükü daşımayıb.
Ekipaj
katapult edib. Pilotun həlak olduğu bildirilib.
Təyyarə
düşən zaman elektrik naqillərinə dəyib, ərazini işıqsız qoyub.
tag: Rusiya, Təyyarə, Qəza, Tu-22M3, Nazirlik, todaypress.az,