Rusiyada süni intellektlə təchiz olunmuş yeni raket hazırlandı
Çelyabinskli mühəndislər hədəfi müstəqil şəkildə müəyyən edə bilən və havada istiqamətini tənzimləyən kompakt raket hazırlayıb. Yeni raket bortunda quraşdırılmış videokamera və süni intellekt əsaslı maşın görmə texnologiyası sayəsində hədəfə tam radiomüqavimət rejimində çata bilir.
TodayPress xəbər verir ki, bu barədə “Texkult” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, raket hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş “İqla” zenit raketlərinin döyüş sursatları ilə müqayisədə iki dəfə yüngüldür.
Korpusundakı xüsusi sükanlar isə ona ən aşağı hündürlüklərdə uçaraq təbii və süni maneələri aşmağa imkan verir.
Yeni silah stasionar yerüstü qurğular, daşınan buraxıcı qurğular və aviasiya platformalarından buraxıla bilər.
Layihənin müəllifi Aleksandr Rodikovun sözlərinə görə, dünyada bu raketin tam analoqu yoxdur, baxmayaraq ki, bir çox ölkələr oxşar həllər üzərində işləyir.
Qiymət Mahir
tag: Rusiya,Raket,İqla,HHM,Todaypress.az,