Rusiyada təhlükəsizlik səbəbindən hava limanı bağlandı
Saratov
hava limanı müvəqqəti olaraq bağlanıb.
TodayPress xəbər verir ki, bu barədə "Rosaviasiya" nümayəndəsi
Artyom Korenyako özünün "Telegram" kanalında bildirib.
“Saratov hava
limanının fəaliyyəti üçün Moskva vaxtı ilə saat 22:30-dan etibarən müvəqqəti
məhdudiyyətlər tətbiq edilib” deyə o qeyd edib.
Korenyako
vurğulayıb ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin
təmin edilməsi ilə bağlıdır.
tag: Rusiya, Hava Limanı, Təhlükəsizlik, Moskva, todaypress.az,