Rusiyada terror aktlarının sayı üç dəfə artdı

Dünya

02.04.2025 15:25

1978

Rusiyada hərbi əməliyyat şəraitində terror aktlarının sayının üç dəfə artdığı açıqlanıb.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya Baş prokuroru İqor Krasnov Federasiya Şurasında çıxış edərkən məlumat verib.   

Krasnovun sözlərinə görə, 2024-cü ildə terror xarakterli cinayətlərin sayı üç dəfə artıb. 

"Terror aktlarının əksəriyyəti pilotsuz uçuş aparatlarının (PUA) hücumları və artilleriya atəşləri ilə bağlıdır" deyə o bildirib.   

Prokurorlar insanların çoxlu toplaşdığı yerlərdə antiterror təhlükəsizliyinin təmin edilməsinə dair genişmiqyaslı yoxlama zamanı 204 min qanun pozuntusu müəyyən ediblər.

İstintaq 2024-cü ildə prokurorluq, Federal Təhlükəsizlik Xidməti və Rusiya Milli Qvardiyası tərəfindən birgə aparılıb. 

Qanun pozuntuları giriş-çıxışa nəzarət qaydalarına əməl edilməməsi, videomüşahidə və xəbərdarlıq sistemlərinin, mühafizə vasitələrinin və əks-dron sistemlərinin işində nöqsanlarla bağlıdır.

Krasnov əlavə edib ki, bütün aşkar edilmiş pozuntular prokurorluğun tələbi ilə aradan qaldırılıb.

Töhfə Səməd

tag: Rusiya,Terror,Cəhd,Artım,Todaypress.az,