Rusiyada terrorun qarşısı alındı
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktının qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (ÇXR) məlumat yayıb.
Bildirilir ki, əməkdaşlar Ukrayna xüsusi xidmət orqanlarına işə cəlb edilən, əvvəllər məhkum olunan şəxsi saxlayıb və ondan kustar üsulla hazırlanan güclü partlayıcı qurğu (PUA) habelə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlamaq üçün istifadə edilən smartfon götürüb.
Şübhəli şəxsin 2025-ci ilin fevralında Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyü bildirilir.
Onun barəsində Cinayət Məcəlləsinin terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.
Türkan İsgəndərli
tag: Rusiya,FSB,Terror,Cəhd,Əməliyyat,Todaypress.az,