Rusiyada təyyarə qəzaya uğradı, ölənlər var

Dünya

20.02.2025 18:10

2114

Rusiyanın Nijni Novqorod vilayətində yüngül mühərrikli təyyarənin sərt eniş etməsi nəticəsində 2 nəfər həlak olub. 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən məlumat verilib. 

Nazirlik bildirib ki, sərt eniş etdikdən sonra təyyarə Nijni Novqorod vilayətinin Kstovski rayonunda alışıb. 

Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır. 

Aysel Mətləb

tag: Rusiya,Nijni Novqorod ,Hadisə,Ölüm,Qəza,todaypress.az,