Rusiyada zorakılığa məruz qalan uşaqların sayı açıqlandı

Dünya

04.04.2025 08:22

2696

Ötən il Rusiyada 1000-dən çox yetkinlik yaşına çatmayan uşaq zorakılığın qurbanı olub.

TodayPress xəbər verir ki, bunu İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “TASS”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il zorakılıq nəticəsində öldürülən uşaqların sayı 10% artıb.

"2024-cü ildə İstintaq Komitəsinin müstəntiqləri uşaqlara qarşı 21 mindən çox zorakılıq cinayətini araşdırıb. 2024-cü ildə bu cinayətlər nəticəsində 1082 azyaşlı ölüb ki, bu da 2023-cü illə müqayisədə 10% çoxdur" məlumatda bildirilib.

Qurbanların 266-sı bir yaşa qədər uşaq, 831-i bir yaşdan beş yaşadək, 2600-ü 6-10 yaşa qədər, 6000-dən çoxu 11-14 yaşa qədər, 7000-i yeniyetmədir.

Aynur TAC

tag: Rusiya, Zorakılıq,Uşaq, Ölüm, Yetkinlik, todaypress.az,