Rusiyadakı yanğın söndürüldü - YENİLƏNDİ

Dünya

05.05.2025 02:37

18

Moskvada iki nəfərin ölümü, beş nəfərin yaralanması ilə nəticələnən yanğın söndürülüb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

22:45

Rusiyanın paytaxtı Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

İnsanlar binadan təxliyə edilib. İki nəfər ölüb, beş nəfər yaralanıb.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.Faktla bağlı araşdırma aparılır.

Türkan İsgəndərli


tag: Rusiya,Moskva,Bina,Partlayış,todaypress.az,