Rusiyadan Aİ-yə qaz ixracı ən aşağı səviyyəyə düşdü

Dünya

14.04.2025 19:22

20

2025-ci ilin birinci rübündə Avropa İttifaqının (Aİ) Rusiya qazından asılılığı kəskin şəkildə azalıb. 

TodayPress xəbər verir ki, “Euractiv” portalının məlumatına görə, bu dövrdə Rusiyadan Aİ-yə ixrac edilən qazın həcmi cəmi 10,015 milyard kubmetr təşkil edib. 

Bu, Ukraynada müharibənin başlanmasından bəri ən aşağı göstəricidir. Aİ-nin əsas qaz təchizatçısı isə Norveç olub.

Boru kəmərləri ilə bu ölkədən 23,593 milyard kubmetr qaz idxal edilib. İkinci yerdə 18,393 milyard kubmetr həcmlə ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qaz (LNG) qərarlaşıb. Rusiyadan qaz tədarükü 2021-ci ilin dördüncü rübündən başlayaraq 2023-cü ilin ikinci rübünədək ardıcıl olaraq azalıb və bu müddət ərzində təxminən 3,5 dəfə enib.

Hazırkı 10 milyard kubmetrlik göstərici son 40 ildən çox müddətdə – ən azı 1980-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.

Hazırda Rusiya Aİ-yə boru kəməri qazını yalnız “Türk Axını” vasitəsilə çatdırır və bu qaz əsasən Macarıstan, Slovakiya kimi az sayda ölkəyə yönəldilir.

Bununla yanaşı, Rusiyadan Avropaya LNG tədarükü də həyata keçirilir. Bu göstəricilər 2024-cü ildə artsa da, 2025-ci ilin əvvəlindən etibarən yenidən azalmağa başlayıb.

Qiymət Mahir

tag: Rusiya,Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,