Rusiyadan Çinə məhsul ixracı artır

Dünya

26.03.2025 09:22

2559

Rusiyadan Çinə məhsul ixracı sürətlə artır və bu, ölkənin Çin bazarındakı mövqeyini möhkəmləndirir. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Nəşrin yazdığına görə, Rusiyadan gələn məhsullara artan tələbat Rusiya biznesinin Çindəki fəaliyyətini daha da stimullaşdırır. 

2024-cü ilin statistikası iki ölkə arasında ticarət dövriyyəsinin 245 milyard dollara çatdığını göstərir.

Bu məbləğin 129 milyard dolları Rusiyanın ixracına aiddir.

Xüsusilə mis konsentratı, qaz və nüvə yanacağı kimi strateji məhsulların tədarükü nəzərəçarpacaq dərəcədə artıb. 

Qiymət Mahir

tag: Rusiya,Çin,Ticarət,Artım,Todaypress.az,