Rusiyadan İran və ABŞ-yə təklif

Dünya

01.04.2025 16:07

771

"Rusiya İranın nüvə proqramı üzrə konstruktiv dialoqun qurulmasında ABŞ və İrana yardım təklif etməyə hazırdır".

TodayPress xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Amerikanın İranın nüvə infrastrukturuna zərbə endirməsinin nəticələri bütün Yaxın Şərq regionu üçün fəlakətli ola bilər. Bu səbəbdən Rusiya  Vaşinqtona və Tehrana bir sıra təkliflər edəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Türkan İsgəndərli

tag: Rusiya,İran,ABŞ,Təklif,Todaypress.az,