Rusiyadan Makrona "Napoleon xəbərdarlığı"
Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev Fransa prezidenti Emmanuel Makrona xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
İvlev Fransa prezidentinə keçmiş Fransa imperatoru Napoleonun tarixini unutmamağı tövsiyə edib:
"Rusiya və digər aparıcı ölkələrin liderləri sülhdən, siz isə nüvə silahından istifadədən bəhs etdikdə, nəinki tarixə düşə, böyük bəlaya düçar ola bilərsiniz. Napoleonun taleyi buna sübutudur" deyə o bildirib.
Xatırladaq ki, bundan öncə Makro Ukraynanın Rusiyanın diktəsi altında sülhü qəbul etməsi ilə bağlı səsləndirilən fikirləri "dəlilik" adlandırıb.
Türkan İsgəndərli
tag: Rusiya,Fransa,Napoleon,Duma,Deputat,Todaypress.az,