Rusiyadan Yaponiyaya xəbərdarlıq

Dünya

05.05.2025 09:35

11

Rusiya Yaponiyanın Ukraynaya verdiyi dəstəyi diqqətlə izlədiyini və bunun nəticələrinin ağır ola biləcəyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdryev “RİA”ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, Tokionun Kiyev rejiminə dəstək göstərməsi ölkə üçün uzunmüddətli və ağrılı nəticələrə səbəb ola bilər.

Diplomat eyni zamanda Yaponiyanın NATO-nun Ukraynaya təhlükəsizlik sahəsində dəstək və hazırlıq mərkəzinə qoşulmasını və Kiyevə peyk vasitəsilə kəşfiyyat məlumatlarının ötürülməsi ehtimalını pisləyib.

Qeyd edək ki, rəsmi Tokio bu məlumatların ötürülməsi ilə bağlı xəbərləri təkzib etmişdi.

Qiymət Mahir

tag: Rusiya,Yaponiya,Ukrayna,Xəbərdarlıq,todaypress.az,